Rəşid Mirəjdər oğlu Mənsurov

  • Rəşid Mirəjdər oğlu Mənsurov 1975-ci ildə Bakı şəhərində anadan olub.
  • Bakı şəhəri Nəsimi rayonu 159 nömrəli orta məktəbdə təhsil alıb.Riyaziyyat fənni üzrə dəfələrlə olimpiadalarda iştirak edib və onların qalibi olub.
  • 1992-ci ildə Xocalı faciəsindən sonra könüllü olaraq , Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa , torpaqlarımız uğrunda savaşa gedib.
  • 1993-1997-ci illərdə Azərbaycan İqtisad Universitetində , İqtisadiyyatın Dövlət Tənzimlənməsi fakultəsində , ali təhsil alıb. Ali təhsilli iqtisadçıdır.İcra strukturunda iqtisadçı işləyib.
  • İctimai fəaliyyətə 1993-cü ildə Şimali Azərbaycan Demokratik Gənclər Təşkilatında başlayıb.
  • 2000-ci ildən Azərbaycan Demokrat Partiyasının üzvüdür.
  • Siyasi fəaliyyətinə görə dəfələrlə təqiblərə , fiziki və mənəvi təziqlərə məruz qalılb , müxtəlif vaxtlarda siyasi motivlərlə inzibati qaydada həbs olunub.ona qarşı hakimiyyət orqanları tərəfindən törədilən qeyri-qanuni hərəkətlər bir sıra beynəlxalq təşkilatların hesabatında öz əksini tapmışdır.
  • Müxtəlif vaxtlarda partiyanin Nəsimi rayon təşkilatinda katib , partiyanın mərkəzi aparatında təlimatçı və şöbə müdiri vəzifəsində çalışmışdır.
  • Hal-hazırda Azərbaycan Demokrat Partiyasının təşkilati məsələlər üzrə sədr müavinidir.Bir sıra beynəlxalq tədbirlərdə və xarici ölkələrdə keçirilən siyasi toplantılarda partiyanı təmsil edib.
  • Evlidir iki övladı var.
Printer »»»