Hüseynov Zakir Hüseyn oğlu

Hüseynov Zakir Hüseyn oğlu - 1956-cı ildə Ermənistan respublikasının Cəlaloğlu mahalının Sarıyal kəndində müəllim ailəsində anadan olmuşdur.
Azərbaycan Xalq Təsərrüfatı institunun İqtisadiyyat fakultəsində ali təhsil almışdır. 1976-ci ildən 1990-cı ilə qədər Rusiya Federasiyasının Krasnodar vilayətində yaşamışdır. Beloreçenski şəhər İcrayyə komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır.
Siyasi fəaliyyətə 1991-ci ildə AMİP-ın Xətai rayon təşkilatında başlamışdır. Xətai rayon təşkilatında sədr müavini, sədr vəzifələrində fəaliyyət göstərmişdir.
1992-1995-ci illərdə Xətai rayon İcra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışmışdır.

1998-ci ildən Azərbaycan Demokrat Partiyasının üzvüdür. 1999-2000-ci illərdə Xətai rayon təşkilatının sədri, 2001-2004-cü illərdə partiyanın Mərkəzi Aparatında təlimatçı, 2005-2007-ci illərdə Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
Hazırda ADP sədrinin ümumi məsələlər üzrə müavinidir.
Ailəlidir, 3 övladı var.
Printer »»»