Bəhruz Rza oglu Məmmədov

  • Bəhruz Rza oglu Məmmədov 15 may 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Dizə kəndində anadan olub.
  • Təhsilinə 1960-68-ci illərdə Ordubad şəhər internat məktəbində başlayib, 1968-70-ci illərdə Naxçıvan şəhər internat məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra 1 il istehsalatda çalışıb.
  • 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub, 1977-ci ildə həmin universitetin həkim-pediatr ixtisasını bitirib. Təyinatla Şərur rayonu Şəhriyar kənd sahə xəstəxanasına həkim-pediatr vəzifəsinə təyin edilib.
  • 1977-1990-cı illərdə Şərur rayon müxtəlif tibb müəssisələrində həkim,şöbə müdiri, rayon səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 1990-92-ci illərdə Şərur Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb. Yaşayış yerini dəyişməsiylə əlaqədar Bakı şəhərinə köçmüş və 1992-98-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində aparıcı mütəxəssis vəzifəsində çalışıb.
  • Azərbaycan Demokrat Partiyasının təsisçilərindəndir.
  • Partiya fəaliyyətinə görə 1998-ci ilin oktyabr ayından qanunsuz olaraq işdən çıxarılmış, məhkəmə tərəfindən pozulmuş huquqlarının bərpası barədə qərar çıxarilsa da iş yerinə bərpa olunmayib.Siyasi mənsubiyyətinə görə dəfələrlə təqib, təzyiq və qeyri-qanuni həbslərə məruz qalıb.
  • Hazirda Azərbaycan Demokrat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir.
  • Ailəlidir, üç övladi var.
Printer »»»